Xəbər - Elçin Mehdiyev – Trend:
“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
AzerTimes-ın məlumatına görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində təsdiq edilməsi təklif olunur.