İşsiz statusunun ləğvindən sonra vətəndaşlar bu status üçün yenidən müraciət edə bilərlər – Agentlik sədri

Xəbər - Humay Ağacanova – Trend:

İşsiz statusunun ləğvindən sonra vətəndaşlar yenidən müraciət edərək bu statusu ala bilərlər.

AzerTimes-ın məlumatına görə, bunu “Sosial saat” adlı proqramda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, bəzi hallarda vətəndaşlar fərdi məşğulluq proqramının müəyyən müddəalarını icra etmirlər. Bu da öz növbəsində qanunvericiliyə əsasən müəyyən hüquqi nəticələrə gətirib çıxarır. Onlardan biri də işsiz statusunun ləğvidir:


“İşsiz statusunun ləğvindən sonra vətəndaşlar yenidən müraciət edərək bu statusu ala bilərlər. Sadəcə məsələ müəyyən qaydalar çərçivəsində həll oluna bilər. Hansı səbəbdən ləğv məsələsinə gəlincə, bəzən işsiz statusunun verilməsi ləğv edilə bilər. Əksər hallarda ləğv etmədən sonra yenidən müraciət əsasəndə məşğulluq alətlərindən istifadə imkanları yaranır”.

Teqlər: