İsral baş naziri hərbçilərə tapşırıq verdi: Hazır olun!

İsral baş naziri hərbçilərə tapşırıq verdi: Hazır olun!

İsrail Müdafiə Qüvvələri və MOSSAD İranla bağlı vəziyyət və yeni nüvə sazişinin bağlanmasına dair hər hansı inkişafa hazırlaşmaq tapşırığı alıb.

AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid deyib.

“İsrail Müdafiə Qüvvələri və MOSSAD bizdən istənilən ssenariyə hazırlaşmaq üçün göstərişlər alıb. Biz İsrailin təhlükəsizliyini qorumaq üçün hərəkətə keçməyə hazır olacağıq. Amerikalılar bunu başa düşür, bütün dünya bunu başa düşür, İsrail ictimaiyyəti də bunu bilməlidir”, – Lapid qeyd edib.

Teqlər: