Oktyabrın 7-dən bəri Türkiyə İsrail-HƏMAS arasında davam edən böhranın daha da genişlənməsinin qarşısını almaq üçün bütün səyləri göstərib.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qəzza əhalisinin ehtiyaclarını müəyyən qədər ödəmək üçün Misirin Əl-Ariş hava limanına tibbi və humanitar yardım ilə dolu 8 təyyarə göndərdik. Yaralıların müalicəsi üçün ilkin olaraq 25 tibb işçimizi Misirə göndərdik. Biz açıq şəkildə bildirdik ki, mülki şəxsləri, o cümlədən İsrail vətəndaşlarının hədəf alınmasını heç vaxt qəbul etmirik”, – o bildirib.