İsrailli sabiq nazir “The Jerusalem Post” qəzetində Azərbaycanın ugurlu multikulturalizm siyasətindən bəhs edib

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş
oxucu kütləsinə malik olan “The Jerusalem Post” qəzetində “Yəmən və
Azərbaycan yəhudilərinin irsi” sərlövhəli məqalə dərc olunub.

İsralilin sabiq rabitə, kiber və peyk naziri Ayub Karanın
müəllifi olduğu məqalədə dünyada alovlanan anti-semitizm dalğası
fonunda Azərbaycanda mövcud olan multikulturalizm siyasətindən və
yəhudilərə xoş münasibətdən söhbət açılıb. Qeyd edilib ki, görkəmli
dövlət xadimi Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasi
kursu ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev
böyük uğurla həyata keçirir.

Məqalədə dünyanın aparıcı demokratik ölkələrində yəhudi
icmalarına qarşı diskriminasiya siyasətinin dərinləşdiyi, amma
Azərbaycan dövlətinin öz yəhudi vətəndaşlarına onların milli
inkişafı üçün müxtəlif subsidiya və digər maliyyə dəstəyi
göstərdiyi nəzərə çatdırılıb. Bildirilib ki, sinaqoqların tikintisi
və yəhudilərə məxsus digər milli-dini institutların dirçəlişi
Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir və Azərbaycan
sinaqoqların gecələr bağlanmadığı yeganə ölkədir.

Eyni zamanda Azərbaycan yəhudilərinin öz vətənlərinin ərazi
bütövlüyü uğrunda Birinci və İkinci Qarabağ müharibəsində yaxından
ıştirak etdikləri, milliyyətcə yəhudi olan Azərbaycanın Milli
Qəhrəmanı Albert Aqarunovun bu müqəddəs amal uğrunda şəhid olduğu
vurğulanıb.

Müəllif hesab edir ki, Prezident İlham Əliyevin dövlət başçısı
kimi yəhudilərə və yəhudiliyə göstərdiyi ehtiram digər ölkələrdə
yaşayan yəhudilər üçün bir xəyaldır. Keçən il Azərbaycana etdiyi
səfər çərcivəsində Qubadakı Qırmızı Qəsəbədə, habelə işğaldan azad
edilmiş ərazilərdə olduğunu xatırladan Ayub Kara bildirib ki, ulu
öndərin doğum günündə – 10 may tarixində rəhbəri olduğu İqtisadi
Sülh Mərkəzi Yəmən Yəhudiləri Assosiasiyası ilə birlikdə “Azərbaycanın yəhudi icmasından Yəmən yəhudilərinə – iki icmanın
tarixi” mövzusunda tədbir keçirəcək. Həmin tədbirdə İsrail
cəmiyyətinin bir sıra tanınmış simaları məruzə ilə çıxıs
edəcəklər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-705696

Teqlər: