İsrailli qadın ölmüş ərinin göz qişasını qazimizə bağışladı (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Vətən müharibəsində gözünü itirən qazimizin görmə qabiliyyəti bərpa olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, İsrailli qadın 55 yaşında vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb.

Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib.


Teqlər: