İsrailin strateji planlaşdırma naziri Ron Dermer ötən həftə İsrail-Livan münaqişəsinin həllini müzakirə etmək üçün Rusiyaya gizli səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı yüksək çinli məmurlara istinadla məlumat yayıb.
“Bu səhər biz yuxudan oyandıq və nazir Ron Dermerin Moskvanın vasitəçiliyi ilə şimaldakı münaqişəni həll etmək üçün Rusiyaya gizli səfəri haqqında öyrəndik”, – məlumatda qeyd olunub.