İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)

Xəbər - Samir Əli – Trend:

İsrailli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, İsrailin “Hayom” qazetinin müxbiri Dean Şumel Elmas və “The Jerusalem Post” və “The Jewish Press” qəzetlərinin siyasi şərhçisi Arye Qutun Füzuli rayonunda Qarğabazar kənd Karvansarayında olublar.

Ermənilər Füzuli rayonunu işğalda saxladıqları dövrlərdə həmin karvansaraydan tövlə kimi istifadə edib, orada mal-qara saxlayıblar. Media nümayəndələri həmçinin bu rayonlardakı dağıntılar və erməni vandalizmi ilə əyani tanış olublar.

Teqlər: