İsraillə qarşıdurmalarda Qəzza zolağında, Şərqi Qüdsdə və İordan çayının Qərb sahilində 277 fələstinli həlak olub.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Fələstinin səhiyyə naziri Mey Kayle mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, ölənlrdən 70 nəfəri uşaq, 40 nəfər isə qadın olub, ümumilikdə 8500 nəfər xəsarət alıb.
Xatırladaq ki, mayın 21-i İsrail və Qəzza zolağındakı fələstin qruplaşmaları arasında atəşkəs qüvvəyə minib.