İsraillə o qapını bağladıq – Ərdoğan

İsraillə o qapını bağladıq – Ərdoğan

İsraillə aramızdakı ticarətin həcmi 9,5 milyard dollar idi. Amma biz belə ticarət dövriyyəsinə məhəl qoymadan bu qapını bağladıq. Bundan sonrası xeyirli olsun.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əməliyyatlarını dayandırmaq qərarını şərh edərkən deyib.

“İsraillə Fələstin arasında baş verənlər qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlman olaraq sadəcə müşahidə etməyimiz mümkün deyildi. Biz hərəkətə keçməyə məcbur olduq və lazım olan addımı atdıq. 9,5 milyard dollarlıq ticarət dövriyyəmiz var idi, amma indi onu dayandırmışıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə mayın 2-də İsraillə Qəzza zolağındakı müharibə səbəbindən idxal-ixrac əməliyyatlarını tam dayandırıb.

Teqlər: