Qəzza zolağında HƏMAS İsraillə genişmiqyaslı müharibəyə hazırdır.
AzerTimes xəbər verir ki, bu sözləri Livanın “Əl-Mayadin” telekanalına açıqlamasında hərəkatın siyasi bürosunun sədr müavini Saleh əl-Aruri deyib.
“Müqavimət tammiqyaslı müharibəyə hazırdır. İsrail görünməmiş məğlubiyyətə düçar olacaq”, – o bildirib.
Saleh əl-Arurinin sözlərinə görə, hərəkat bağlı qapılar arxasında tammiqyaslı müharibə haqda müzakirələr aparır.