İran Livan (Hizbullah) və İsrail arasında atəşkəs razılaşmasını alqışlayır, lakin eyni zamanda Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcək.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılan bəyanatında deyilir.
“İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sionist rejimin (İsrailin) Livana təcavüzünün sona çatması xəbərini alqışlayır, lakin İslam Respublikasının hökumət, xalq və Livan müqavimətinə dəstək mövzusunda dəyişməz mövqeyini vurğulayır”, – bəyanatda deyilir.