İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 30-a çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Al Wataniya” milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib. Xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var”, – məlumatda qeyd olunub.