İsrailin Qəzzaya zərbələri nəticəsində HƏMAS-ın götürdüyü girovlardan 13-ü ölüb.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı “İzəddin əl-Qəssamm Briqadası” məlumat yayıb.
“Onlardan 6-sı Şimal əyalətindəki iki müxtəlif yerdə, 7-si isə Qəzzada 3 müxtəlif yerdə ölüb”, – məlumatda qeyd olununb.
Ölənlər arasında əcnəbi vətəndaşların da olduğu bildirilib.
Qeyd edək ki, İsrailin zərbələri nəticəsində Qəzzada 1537 nəfər ölüb, 6612 nəfər yaralanıb.