İsrail Knesseti İsrail Katsın xarici işlər naziri vəzifəsinə təyin edilməsini təsdiq edib.
AzerTimes xəbər verir ki, Kats keçmiş xarici işlər naziri Eli Koeni əvəz edib.
Qeyd edək ki, 68 yaşlı Kats 1998-ci ildən Likud Partiya bileti ilə Knessetə seçilib və əvvəllər müxtəlif nazir vəzifələrində, o cümlədən 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib.