İsrailin xəbərdarlığı Qəzzada xaos yaratdı

İsrailin xəbərdarlığı Qəzzada xaos yaratdı

İsrail ordusunun təcili təxliyə əmri Qəzza sektorunun şimalında panikaya səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“Bu, xaosdur. Heç kim nə edəcəyini bilmir”, – BMT-nin Qəzzadakı nümayəndəsi İnas Hamdan deyib.

Onun sözlərinə görə, BMT-nin Qəzzadakı əməkdaşlarına cənuba, Rifah qapısına doğru getmələri əmr olunub.

Fələstinin Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Nebal Fərsah bildirib ki, bir milyondan çox insanı bu tezliklə təhlükəsiz təxliyə etmək mümkün deyil:

“Yeməyi, elektrik enerjisini, yanacağı unudun. Yeganə narahatlıq odur ki, sən yaşamağı bacaracaqsanmı? Bizim xəstələrimizin aqibəti necə olacaq? Yaralılarımız, qocalarımız, xəstəxanalarda yatan uşaqlarımız var”.

Fərsəhin sözlərinə görə, həkimlərin çoxu xəstəxanaların təxliyəsindən və xəstələri tərk etməkdən imtina edib. Onun sözlərinə görə, əvəzində həmkarlarını vidalaşmaq üçün çağırıblar.

“Əl Cəzirə”nin müxbiri Səffət əl-Kahlut da bildirib ki, insanlar cənuba köçsələr belə, hara üz tutacaqlarını bilmirlər:

“Bir milyondan çox fələstinli çaxnaşma içindədir, çaşqındır, planları yoxdur, nə edəcəklərini bilmirlər. İndi uşaqlarım məndən “hara gedək?” deyə soruşurlar”.

Qeyd edək ki, 41 km uzunluğu, 10 km eni elan, yalnız Misirlə quru sərhədə malik Qəzza zolağında 2,3 milyon fələstinli yaşayır.

Teqlər: