

İsrailin Suriyaya son zərbələri Türkiyənin bu ölkədə hərbi baza yaratmasının qəbuledilməz olmasına dair Ankaraya mesajıdır.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
İsrailin “Kan” radiostansiyasının informasiyasına görə, Türkiyə Palmira yaxınlığında T4 aerodromuna nəzarət etmək istəyir və bu da öz növbəsində İsrailin aviaəməliyyatlarına zərər verə bilər.
“İsrailin əsas narahatlığı ondan ibarətdir ki, kiçik aerodromdan Türkiyə PUA-ların və daha pisi isə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə edə bilər”, – deyə bildirilib.