İsrail ordusunun Suriyanın cənubuna endirdiyi aviazərbə nəticəsində 8 əsgər ölüb, 7 əsgər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Suriya MN məlumat yayıb.
“Bu gün təxminən saat 01.45-də İsrail Qolan təpələrindən hava hücumu həyata keçirərək, Dəra əyalətində bir sıra hərbi mövqelərə zərbələr endirib, nəticədə 8 hərbçi həlak olub, daha 7-si yaralanıb”, – Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, bundan öncə İsrail Suriyadan ölkə ərazisinə iki raket atışına cavab olaraq zərbələr endirdiyini açıqlamışdı.