İsrailin şimalında dərslər qadağan edildi

İsrailin şimalında dərslər qadağan edildi

İsrail ordusunun arxa cəbhə komandanlığı Hizbullahın raket hücumlarına görə ölkənin şimalında dərslər və ictimai tədbirlərin keçirilməsini qadağan edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, qadağalar Qalileya, Qolan təpələri, eləcə də Hayfa limanının bəzi rayonlarına tətbiq edilib. Bu ərazilərin sakinlərinə açıq yerlərdə 10, qapalı yerlərdə isə 100 nəfərdən artıq yığışmaq da qadağan olunub.

Teqlər: