İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları ən optimist hesablamalara görə 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Calcalist” iqtisadiyyat nəşri məlumat verib.
Qəzetin yazdığına görə, Hizbullahın, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması şərti ilə xərclər İsrailin ÜDM-nin təxminən 10%-ni təşkil edəcək.
Qeyd olunub ki, İsrail Maliyyə Nazirliyi bu qiymətləndirməni normal qəbul edir.