İsrail HƏMAS-ın hücuma hazırlaşdığını anlamadı. Buna görə məsuliyyət İsrail kəşfiyyatının üzərinə düşür.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner deyib.
“Bu, böyük kəşfiyyat uğursuzluğu idi. Geriyə nəzər salaq, hücum ola biləcəyini anlamaq üçün nəinki asanlıqla aşkar edilən, hətta aşkar əlamətlərin olduğunu görərik”, – Törner qeyd edib.
Törner bildirib ki, HƏMAS-ın hücumundan sonra İsrailin qisas almaq hüququ var:
“Lakin İsrail Fələstin hərəkatına qarşı əməliyyatlarında artıq bir sıra yanlış hesablamalara yol verib. Buna görə də hazırda hər şeyin doğru istiqamətdə getdiyini əminliklə demək çətindir”.