İsrailin Qəzzaya hərbi cavabının həddindən artıq olduğuna inanıram. Bu müharibə üçün daimi fasilə zəruridir.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən brifinqdə deyib.
“Mən atəşkəs mövzusunda razılığa gəlmək və girovların azad edilməsi üçün çox çalışıram. Burada insanlar əziyyət çəkir, nə qədər günahsız insan acından ölür. Bu gedişat mütləq dayanmalıdır”, – o bildirib.