İsrail 7 oktyabrda HƏMAS-ın hücumundan sonra başlayan müharibədə indiyə qədər Qəzzaya ümumilikdə 6000 bomba atıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Bildirilib ki, atılan bombaların kütləsi 4000 tondur.
Fələstin rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində azı 1417 nəfər (təxminən yarısı uşaq və qadın) həlak olub, 6000-dən çox insan isə yaralanıb.