Quru əməliyyatı başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağında qoşun saxlasmayacaq, sərhədə yaxın bufer zonası yaradacaq.
AzerTimes xəbər verir ki, bu barədə İsrail rəsmilərindən biri “Tayms of İsrail”ə açıqlamasında deyib.
“Hərbi rəhbərlik HƏMAS-ın onun yaxınlığına hərbi qüvvə toplamasının və İsrailə yenidən hücumunun qarşısını almaq üçün Qəzza ilə sərhəddə müəyyən edilmiş təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, – rəsmi bildirib.