HƏMAS-ın raket hücumlarına cavab olaraq Qəzza zolağında İsrail ordusunun başlatdığı “Dəmir qılınclar” əməliyyatı şiddətli olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” regional və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
“İsrail hakimiyyətinin müharibə bitdikdən sonra Qəzza zolağı ilə nə edəcəyi barədə hələlik fikri yoxdur. İsrailin əməliyyatının məqsədi Qəzza zolağının infrastrukturunu, o cümlədən HƏMAS tərəfindən yaradılmış yeraltı tunelləri məhv etməkdir. Həmçinin Fələstin hərəkatının üzvlərinin təqibi də bura daxildir. Amma əsas məsələ müharibədən sonrakı dövrdür. Qəzza zolağı üçün müharibədən sonrakı plana diqqət yetirmək zərurətini ABŞ Dövlət katibi Blinken və ABŞ müdafiə naziri Ostin İsrailə səfəri zamanı vurğulayıblar”, – mənbə bildirib.