İki gün öncə qəzaya düşən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir xəstəxanadan evə buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə nazir özünün X səhifəsində məlumat verib.
“Hadassa” xəstəxanasında keçirdiyim iki günü dayandırıram. Həkimlər məndən dincəlməyi xahiş etdilər, lakin işə qayıdacağam”, – nazir bildirib.
Qeyd edək ki, aprelin 26-da İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşmüşdü.