İsrail ordusu İordan çayının qərb sahilində 19 fələstinlini saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, onların arasında HƏMAS hərəkatının 11 nümayəndəsi də olub.
Ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1050 HƏMAS tərəfdarı olmaqla, 1800 fələstinlini həbs edib.