İran ordusu dünənki raket hücumuna cavab olaraq, İsrailin mümkün addımlarına hazırdır.
AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
Onun sözlərinə görə, Tehran yalnız BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları hədəfə alıb.
“Əməliyyat başa çatıb. İsrailin cavab tədbirinin qarşısı İran tərəfindən sərt şəkildə alınacaq.