Daha əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir dərhal vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Əli Koen Tvitter səhifəsində yazıb.
“Asəf Zamir Tvitterdə istefasını elan edib, lakin qeyri-müəyyən müddətə qədər vəzifədə qalmaq istəyib. Dərhal onu işdən kənarlaşdırmaq qərarına gəldim.
Siyasi partiyalardan birinin tərəfində olan diplomat bir gün də İsrail dövlətini təmsil edə bilməz. Gələcək fəaliyyətində uğurlar…”, – deyə Ə.Koen bildirib.