İsrailin Almaniyanın Münhen şəhərindəki baş konsulluğuna hücum olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin baş konsulu Taliya Lador məlumat verib.
“İsrailin Münhendəki Baş Konsulluğuna hücum edilib. Münhen polisinə sayıqlığına görə təşəkkür etmək istərdik. Son bir neçə ay ərzində bu cür hallar təkrar-təkrar olur”, – baş konsul bildirib.
O qeyd edib ki, konsulluğun ərazisinə butulka atılıb və onun içərisində yandırıcı qarışıq olub.