İsrailin müdafiə naziri Beni Gantz Fələstin prezidenti Mahmud Abbasla görüşdə təhlükəsizlik və mülki məsələləri müzakirə edib, tərəflər İsrailin Fələstin Muxtariyyətinə bir sıra iqtisadi güzəştləri barədə razılığa gəliblər.
Trend İsrail KİV-lərinə istinadən xəbər verir ki, rəsmilər beynəlxalq ictimaiyyətin qərarlarına əsaslanan nəticələrə nail olmaq üçün siyasi konsensusun vacibliyini müzakirə edib.
Görüş çərşənbə axşamı İsraildə baş tutub.
Görüşdə həmçinin iqtisadi və humanitar maraq doğuran məsələlər, İordan çayının qərb sahilindəki gərginlik, xüsusən də fələstinlilərlə məskunlaşanlar arasında qarşıdurmalar müzakirə edilib.