İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ dövlət katibi köməkçisinin müavini Hadi Amr İsrail və Fələstin rəsmiləri ilə görüşmək üçün regiona səfər edib.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində H.Amr İsrailin müdafiə naziri Beni Qantsla görüşüb.

Görüşün detalları barədə məlumat verilməyib. A.Diabın regionda səfərinin bir neçə gün davam edəcəyi deyilir.


Qeyd edək ki, mayın 10-dan İsraillə Fələstin arasında başlamış münaqişə nəticəsində 200-ə yaxın şəxs həlak olub.