Son sutka ərzində İsrailin Livanın paytaxtı Beyruta və digər əyalətlərdə yaşayış məntəqələrinə zərbələri nəticəsində 60 nəfər ölüb, 168 nəfər xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Ən çox itki Beyrutda qeydə alınıb. Belə ki, İsrail hücumları zamanı Ras-ən Nabaa və Ən-Nuseyri kimi sıx yaşayış kvartallarında 22 nəfər ölüb, 117 nəfər yaralanıb.