İsrail Müdafiə Qüvvələrinin Livanda quru əməliyyat keçirməsinə qarşıyam.
AzerTimes xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Ehud Olmert deyib.
“Mən ümid edirəm ki, biz bunu etməyəcəyik. Bunu etmək qabiliyyətimiz var, lakin etsək, bu, çoxlu zorakılıqla nəticələnəcək. Livanın cənubundakı insanlar üçün çox pis olacaq. Dünən etdiyimiz iş qaçılmaz idi, çünki Hizbullah lideri Həsən Nəsrullah uzun illər zorakılıq, qətl, qan tökülməsi, təhdid və təxribatçı ritorikanın əsas mənbəyi idi”, – o bildirib.