Türkiyə İran və İsraili gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bölgədə baş verən prosesləri yaxından izləyirik. Türkiyə olaraq tərəfləri daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Beynəlxalq ictimaiyyətin əsas məqsədi Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”, – məlumatda bildirilib.
Xatırladaq ki, İsrail aprelin 19-u səhər saatlarında İranın bir neçə bölgəsində hərbi obyektlərə hava zərbələri endirib.