İsrailin İrana endirdiyi zərbələrdən sonra ölkədə uçuşlara məhdudiyyət tətbiq edilib.
AzerTimes xəbər verir ki, “Fars” xəbər agentliyi İsfahanda aviabaza yaxınlığında partlayışlar olduğunu təsdiqləyib. Bildirilib ki, səhərə yaxın İsfahanın şimal-qərbində yerləşən hərbi aviabazanın yaxınlığında 3 güclü partlayış səsi eşidilib.
Partlayışlardan sonra hava hücumundan müdafiə sistemləri fəallaşıb və pilotsuz uçuş aparatı olduğu ehtimal edilən hədəfə atəş açılıb.
“Mehr” agentliyi “kiçik ölçülü PUA-ların” hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirib.
Bunun ardınca isə İranın bir çöx bölgələrində uçuşlar dayandırılıb.
Tehran, İsfahan, Şiraz, qərb, şimal-qərb və cənub-qərb bölgələrində bütün aviareyslər ləğv edilib.
Bununla yanaşı İran səmasından keçən təyyarələr marşrutlarını dəyişiblər.
İran ordusunun İsfahandakı yüksək rütbəli zabiti Siyavuş Mihəndust ciddi hadisə baş vermədiyini deyib:
“Hava hücumundan müdafiə sistemləri uçan şübhəli hədəfə atəş açıblar, heç bir xəsarət yoxdur”.