İsrailin İrana vurduğu zərbələrdən dəyən zərər açıqlandı

İsrailin İrana vurduğu zərbələrdən dəyən zərər açıqlandı

İsrailin İrana vurduğu zərbələrdən dəyən ziyan cüzi qiymətləndirilir.

AzerTimes xəbər verir ki, bu barədə İranın İRNA dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, İsrail Tehran, Xuzistan və İlam vilayətlərindəki hərbi hissələrə hücum edib.

“Nəticədə bəzi ərazilərə məhdud ziyan dəyib. Hücumların qarşısı İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla alınıb və dəf edilib, çünki hava hücumundan müdafiə (HHM) vasitələri Tehran ətrafında bir neçə rayonda və bütün ölkə ərazisində yerləşdirilib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gecə İsrail İrana hava zərbələri həyata keçirib.

Teqlər: