İsrailin İrana hücumuna MAQATE-dən reaksiya

İsrailin İrana hücumuna MAQATE-dən reaksiya

İranın nüvə obyektlərinə ziyan dəyməyib.

AzerTimes xəbər verir ki, bu bəyanatla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İsrailin İran ərazisində yerləşən obyektlərə cavab tədbirləri barədə qeyd edib.

“MAQATE İranın nüvə obyektlərinə heç bir ziyan dəymədiyini təsdiq edə bilər. Agentliyin baş direktoru Rafael Qrossi təmkinli olmağa çağırmaqda davam edir və nüvə obyektlərinin heç vaxt hərbi münaqişələrdə hədəfə alınmamalı olduğunu təkrarlayır. MAQATE vəziyyəti diqqətlə izləyir”, – MAQATE-nin bəyanatında deyilir.

Qeyd edək ki, bu gecə İsrail İran ərazisində yerləşən obyektlərə məhdud cavab hücumu həyata keçirib. İranın 3 rəsmisi “Nyu York Tayms” qəzetinə zərbələrin hədəfinin İsfahan yaxınlığındakı hava bazası olduğunu təsdiqləyib.

Teqlər: