İsrailin İrana ağır zərbəsi – Rusiyadan sərt reaksiya

İsrailin İrana ağır zərbəsi – Rusiyadan sərt reaksiya

Aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına hücum edib. Hücum nəticəsində bina tamamilə dağılıb. Daxil olan məlumata görə, diplomatlar da daxil olmaqla xeyli sayda ölü və yaralı var.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı rəsmi açıqlamada bildirilib.

Qeyd edilib ki, Rusiya İranın Suriyadakı konsulluğuna edilən bu hücumu şiddətlə qınayır:

“Biz toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilmiş diplomatik və konsulluq obyektlərinə hər hansı hücumu qəti şəkildə qəbuledilməz hesab edirik.

Hücumun əhalinin sıx məskunlaşdığı şəhər ərazisində həyata keçirilməsinə xüsusi diqqət yetiririk ki, bu da mülki əhali arasında yüksək kütləvi tələfat riski yaradır. İsrailin bu cür təcavüzkar hərəkətləri qətiyyən yolverilməzdir və dayandırılmalıdır.

Biz beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərinin öz mövqelərini aydın şəkildə müəyyən etmələrini və bu hərəkətlərə müvafiq hüquqi qiymət vermələrini zəruri hesab edirik. Biz İsrail rəhbərliyini Suriyada və digər qonşu ölkələrdə bütün regionda son dərəcə təhlükəli nəticələrlə dolu olan təxribat xarakterli hərbi əməliyyatlar praktikasından əl çəkməyə şiddətlə çağırırıq”.

Teqlər: