İsrailin Cibaliye düşərgəsinə (Qəzza) hücumunu lənətləyirik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“İsrail ordusuna hər hansı qırmızı xətt bildirmirik – deyənlər bu qətliamı təşviq etdilər”, – deyə sözçü bildirib.
Qeyd edək ki, İsrail ordusunu Cibaliye düşərgəsinə hücumu nəticəsində azı 100 dinc sakin həlak olub.