İranın son hücumu İran ordusunun gücünü nümayiş etdirdi və İsrailin hegemonluğunu darmadağın etdi.
AzerTimes xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
“İsrailə qarşı hücum məhdud xarakter daşıyırdı. Lakin İsrail İranın maraqlarına ən kiçik bir hücum edərək cavab verərsə, şiddətli cavab olacaq. İsraillə əlaqələri normallaşdırmağa çalışan İslam ölkələri uğursuzluğa düçar oldular və indi utanırlar. İctimai rəy görünməmiş sürətlə ABŞ və İsrail hökumətlərinə qarşı çevrilir. Bu, İslam müqavimət hərəkatının qələbəsini göstərir. İranın silahlı qüvvələri İslam ümməti üçün qürur mənbəyidir. Bölgədəki ölkələr İsraillə müqavilə bağlamaqdansa, qüdrətli müsəlman qüvvələrinə arxalanmalıdırlar”, – Rəisi bildirib.