Amerika kəşfiyyatı hesab edir ki, Qəzza zolağında münaqişənin həlli üçün HƏMAS ilə danışıqlar prosesindəki uğursuzluqlara görə İsrail məsuliyyət daşıyır, çünki yəhudi dövlətinin yeganə məqsədi Fələstin hərəkatının bütün üzvlərini məhv etməkdir.
AzerTimes xəbər verir ki, bu barədə amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş öz bloqunda yazıb.
“Amerika kəşfiyyatının nümayəndəsi danışıqlar prosesinin pozulması ilə bağlı kimin məsuliyyət daşıması barədə mənə digər versiya təqdim etdi. ABŞ kəşfiyyatı anklavda müharibənin tənzimlənməsi perspektivlərini “dumanlı” görür. İsrail HƏMAS-ı məhv etməyə çalışır. HƏMAS-ın son üzvünə güllə dəyəndə, atəşkəs imzalanacaq.
Məmur söylədi ki, israillilər Vaşinqtona bildiriblər ki, əgər Benyamin Netanyahu baş nazir vəzifəsindən getsə, onun yerinə hərbi kabinet üzvləri gəlsə də, onların siyasətində və öhdəliklərində heç bir dəyişiklik olmayacaq”, – Herş qeyd edib.