İsrailin Qəzza zolağına mayın 10-u axşam saatlarından davam edən hava və artileriya zərbələri nəticəsində 10 uşaq daxil olmaqla ən az 30 fələstinli öldürülüb və 203 nəfər yaralanıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə anklavının səhiyyə nazirliyi məlumat verib.
Bildirilir ki, ən çox həlak olan sayı sektorun şimal və mərkəzi hissələrində yerləşən Qəzza və Deyr əl-Balah şəhərlərində qeydə alınıb.