Fələstin dövlətinin yaradılmasına İsrailin razılıq verməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahuun dəftərxanası məlumat yayıb.
Qeyd edək ki, “İsrael Hayom” qəzeti İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması qarşılığında rəsmi Tel-Əvivin Fələstin dövlətinin yaradılmasını tanıyacağı barədə məlumat yaymışdı.