İsrail son dərəcə müdafiəsiz görünür. ABŞ onlara daha yaxşı bir strategiya tapmağa kömək etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə “Ekonomist” jurnalının İsraillə bağlı hazırladığı hesabatda qeyd olunub.
“Böyük ehtimalla atəşkəs müzakirələri də uğursuzluqla nəticələnəcək. Bu, İsraili 75 illik mövcudluğunun ən qaranlıq dövründə sonsuz işğal, sağ siyasət və təcridlə qarşı-qarşıya qoya bilər. Bu gün bir çox israilli bunu inkar etsə də, siyasi hesablaşma olacaq. Hesablaşma yalnız Fələstinin taleyini deyil, həm də İsrailin qarşıdakı 75 ildə inkişaf edib-etməyəcəyini müəyyənləşdirəcək”, – hesabatda bildirilib.
Eyni zamanda vurğulanıb ki, bu gün İsrail HƏMAS qüvvələrinin bəlkə də yarısını məhv edib:
“Lakin mühüm məqamları nəzərə alsaq, bu missiyanın uğursuz olduğunu deyə bilərik. Heç kim İsrailin bu hücumlarının tərəfdarı olmaq istəmir, onlar tarixdə “soyqırım” tərəfdarı kimi xatırlanmaqdan qorxurlar”.