Hizbullaha hücumla bağlı yeni detallar bəlli olub.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, məlumatı “Tayms of İsrail” qəzeti yayıb.
Bildirilib ki, Hizbullah lideri Həsən Nəsrullahın yerinin müəyyənləşdirildiyi zaman Baş nazir Benyamin Netanyahu Nyu Yorkda BMT Baş Assambleyasında çıxış edib. Çıxış zamanı ona köməkçilərindən biri yaxınlaşaraq nəsə deyib, bundan sonra Netanyahu təcili çıxışını bitirərək kürsünü tərk edib.
Qəzet yazır ki, bundan sonra Netanyahu Nyu Yorkdan Nəsrullahın olduğu ərazinin vurulması barədə tapşırıq verib. Bununla belə Həsən Nəsrullaha hücumla bağlı ABŞ-a Təl-Əviv son anda xəbər edib. Qəzetin yazdığına görə, Vaşinqtona İsrail təyyarələri hücum üçün yola düşdükdən sonra məlumat çatdırılıb.
Qeyd edək ki, İsrail ordusu bu gün Hizbullah lideri Həsən Nəsrullahın ölüm xəbərini təsdiqləyib. Hizbullahdan hələlik buna dair açıqlama yoxdur.