İsrailin bu planlarından çox narahatıq – ABŞ

İsrailin bu planlarından çox narahatıq – ABŞ

ABŞ İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirmək planlarından dərin narahatdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Əvvəlki administrasiyalarda olduğu kimi, biz gərginliyə səbəb olan və danışıqlar yolu ilə iki dövlətli həll perspektivlərinə xələl gətirən bu cür birtərəfli tədbirlərə qəti şəkildə etiraz edirik”, – Prays bildirib.

Teqlər: