İsrailin baş naziri Naftali Bennet bu gün öncədən elan olunmamış
səfərlə Misirə gəlib və burada bu ölkənin prezidenti Əbdülfəttah
əs-Sisi ilə görüşüb.
AzerTimes-ın məlumatına görə, bu barədə İsrailin “Kan” dövlət
radiosu xəbər yayıb.
Məlumata əsasən, bu, N.Bennetin vəzifəyə gəlməsindən sonra
Misirə artıq ikinci səfəridir. Birinci səfər ötən ilin sentyabr
ayında baş tutub.