İsrail hazırda terrorla mübarizədə yeni mərhələnin
başlanğıcındadır və milli qvardiya yaratmağı planlaşdırır.
Trend “TASS”a
istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet
hökumətin həftəlik iclasında söyləyib.
Onun sözlərinə görə, İsrail hökumətinin ali missiyası ölkə
vətəndaşlarının şəxsi təhlükəsizliyini bərpa etməkdir və bu
istiqamətdə birinci addım milli qvardiyanın yaradılmasıdır.
Baş nazir həmçinin mayın 5-də Elad şəhərində odlu silah və balta
ilə hücum zamanı üç israillini öldürən iki terrorçunu yaxalayan
təhlükəsizlik qüvvələrinin hərəkətlərini alqışlayıb.
“Terrorçuları yaxalayacağıq dedik və bunu etdik. Bu səhər
qüvvələrimiz bu qatilləri ələ keçirdi”, – N. Bennet bildirib.