İsrailin baş naziri ABŞ prezidenti ilə avqustun 26-da görüşəcək

İsrailin baş naziri Naftali Bennet Vaşinqtona səfər edəcək və burada 26 avqustda ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident və baş nazir Bennet regional və qlobal təhlükəsizlik ilə bağlı kritik məsələləri müzakirə edəcəklər”, – mətndə deyilir.

Hesabatda, səfərin “ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiq bağlılığını” vurğulayacağı da bildirilir.

Teqlər: